ABŞ-nin Florida ştatının Neypls şəhərində kiçikhəcmli təyyarə avtomobillə toqquşub.
"Operativ Məlumat Mərkəzi-OMM" “Fox 13”ün Tampa bürosuna istinadən xəbər verir ki, təyyarə nəqliyyat vasitəsi ilə I-75 magistral yoluna enərkən çırpılıb.
Toqquşmadan sonra hadisə yerində yanğın başlayıb.
Ölənlər və yaralananların sayı bəlli olmasa da, yerli KİV-ə görə, təyyarənin tutumu 14 nəfərlik olub.