Arxeoloqlar Britaniyanın Florida sahillərində batan, XVIII əsrə aid hərbi yüş gəmisini “HMS Tyger” olaraq müəyyən ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə "The Telegraph" qəzeti “Dry Tortugas” Milli Parkının nümayəndələrinin açıqlamalarına istinadən xəbər yayıb.
Qəzet yazıb ki, gəmi 1742-ci ildə Florida sahillərində saya oturun və 300-ə yaxın ekipaj üzvünü heç bir insan yaşamayan adada qoyub.
“The Telegraph” qeyd edib ki, alimlər ilk dəfə 1993-cü ildə döyüş gəmisinin qalıqlarını aşkar ediblər. Ehtimal olunur ki, “Tyger” Britaniya və İspaniya arasında müharibə zamanı qayaya çırpılıb.