Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Başlıq: Ben Qurionda uçuş böhranı: Gecikmələr 90 dəqiqəyə çatdı

2 dəq
Paylaş:
Başlıq: Ben Qurionda uçuş böhranı: Gecikmələr 90 dəqiqəyə çatdı

” platformasının məlumatlarına görə, İsrailin əsas hava qapısı olan “Ben Qurion” uçuşlarda ən çox gecikmə və nasazlıq alınan hava limanları siyahısında 10-cu yerdə qərarlaşıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ilin ən gərgin dövründə personal çatışmazlığı və işçilərin tətili səbəbindən yaranan problemlər uçuşların orta hesabla 90 dəqiqə gecikməsinə səbəb olub.

Hava limanında son iki həftə ərzində baqajların çatdırılması və uçuş qrafiklərində ciddi problemlər müşahidə olunub.

İşçilərin tətili səbəbindən bütün qeydiyyat məntəqələri bağlanıb və uçuşlar müvəqqəti olaraq tamamilə dayandırılıb. Avqustun 20-də saat 14:00-dan etibarən hava limanı enişlər üçün bağlansa da, qısa müddət sonra uçuşlar mərhələli şəkildə bərpa edilib.

İsrailin Benyamin Netanyahu edən işçilərə sərt xəbərdarlıq edərək, hava limanının normal rejimdə fəaliyyətini davam etdirəcəyini və işə mane olan şəxslərin cəzalandırılacağını bildirib.

İsrail Maliyyə Nazirliyinin hesablamalarına görə, baş verən etiraz aksiyalarının ölkə iqtisadiyyatına vurduğu zərər 10 milyon dollar təşkil edib.

İşçilərin artıq iş yerlərinə qayıtdığı bildirilsə də, hava limanında vəziyyətin tam normallaşmasının həftə sonuna qədər davam edəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə