Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nardaranda qarajda yanğın olub

2 dəq
Paylaş:
Nardaranda qarajda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 145 olan və bir hissəsi qaraj kimi istifadə edilən yardımçı tikilidə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyənləşib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək yaxınlıqda digər tikililərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və dam 115 kvadratmetr sahədə, qarajda park edilmiş "Lİ" markalı minik avtomobilinin qismən üzlüyü yanıb, bilavasitə yaxınlıqda yerləşən digər yardımçı tikilinin dam örtüyü 3 kvadratmetr sahədə deformasiya edib.

Bitişik tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax