Operativ Məlumat Mərkəzi

Finlandiya Xarici İşlər Nazirliyi Rusiya departamentini ləğv edib

1 dəq
Paylaş:
Finlandiya Xarici İşlər Nazirliyi Rusiya departamentini ləğv edib

Finlandiya Xarici İşlər Nazirliyi regional idarələrin strukturunu yenidən təşkil edir, bunun nəticəsində Rusiya departamenti ləğv ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin saytında bildirilir.

Bildirilir ki, üç regional departament yaradılacaq: Avro-Atlantik, Asiya, Okeaniya ilə Afrika, Yaxın Şərq və Latın Amerikası. Eyni zamanda, Rusiya Asiya və Okeaniya bölməsinə köçürüləcək.

Finlandiya Xarici İşlər Nazirliyi nazirliyin strukturunda baş verən dəyişikliklərin geosiyasi dəyişikliklərlə bağlı olduğunu və Finlandiyanın digər ölkələrdəki təmsilçiliyinə təsir göstərmədiyini açıqlayıb.

Bəyanatda bildirilib ki, yeni nazirlik strukturu dünyadakı vəziyyəti daha yaxşı əks etdirir və NATO üzvü olan və Avropa Birliyinə yaxın olan ölkələrin vahid nazirliyin tabeliyində olmasına imkan yaradır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər