Filippində hava limanında Çin Hava Yollarına məxsus sərnişin təyyarəsi ilə Filippin Hava Yollarına məxsus sərnişin təyyarəsi toqquşub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Manila Bulletin məlumat yayıb.
Hadisə Manila hava limanında bir təyyarənin eniş etdiyi, digərinin qalxmağa hazırlaşdığı uçuş-enmə zolağında baş verib.
Çindən gələn təyyarə üç saat gecikməli olub, ikinci zədələnmiş gəmi hava limanında qalıb, sərnişinlər xəsarət almayıb.