Filippin və Çin, xüsusən də aralarında suverenlik mübahisəsinin olduğu Cənubi Çin dənizinə son müdaxilələrdən sonra bölgədəki gərginliyi azaltmaq üçün işləmək barədə razılığa gəliblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat verilib.
Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Cənubi Çin dənizindəki problemi daha yaxşı idarə etmək üçün Filippinlə əlaqəni yaxşılaşdırmaq və “dostluq danışıqları” aparmaq barədə razılığa gəldikləri bildirilib.