Rusiya Filippin dənizində Çin Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri ilə birgə təlim keçib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Sakit Okean Donanmasının Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd edilib ki, təlimlərdə iştirak edən Çin gəmiləri arasında “Yinçuan” esminesi və “Henqşui” freqatı da var.
Təlimdə "Weishunhu" universal təchizat nəqliyyatının ekipajı da iştirak edib.