Əsas məzmuna keç

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib

FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib

İntensiv yağışlar fəsad törətdi: Nazirlik subasma zonalarından 75-i azyaşlı olmaqla yüzlərlə sakini xilas etdi. Bakı və Sumqayıtda görülən tədbirlərin detalları.

en ru

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gün və gecə ərzində fasiləsiz olaraq davam etdirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində 75-i azyaşlı olmaqla ümumilikdə 454 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN- in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…