FHN radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət edib

FHN radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət edib
11.01.2024 16:26
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkə ərazisində radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bu çərçivədə, qanunvericiliyin tələbinə uyğun olaraq, Agentlik tərəfindən radiasiya təhlükəsizliyinin təmin olunması məqsədilə radioloji fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlarda mütəmadi olaraq nəzarət-yoxlama tədbirləri həyata keçirilir.

Sahibkarlıq və qeyri-sahibkarlıq sahəsində aparılan nəzarət-yoxlama tədbirləri fəaliyyət sahələri nəzərə alınmaqla, Azərbaycan Respublikasının radiasiya təhlükəsizliyi üzrə qanunvericiliyinə uyğun əvvəlcədən tərtib olunmuş suallar əsasında həyata keçirilir.

Qeyd edilib ki, bəzi hallarda müəssisə və təşkilatlar nəzarət-yoxlama tədbirlərinə qeyri-ciddi yanaşır, aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasına etinasız münasibət nümayiş etdirir. Bu isə sonda pozuntu aşkar olunmuş müəssisə barəsində qanunvericiliyin tələbinə uyğun olaraq inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi və ya müəssisənin radioloji fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi radioloji fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlara bir daha müraciət edərək, radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməyə çağırır.

Həftənin ən çox oxunanları

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO
DAVAMIN OXU davamın oxu

Kərə yağı bahalaşıb?

Kərə yağı bahalaşıb?
DAVAMIN OXU davamın oxu