FHN müəssisə və təşkilatlara müraciət edib

FHN müəssisə və təşkilatlara müraciət edib
25.10.2023 09:48
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin (FHN) radioloji-gigiyenik pasportların əldə edilməsinə dair müəssisə və təşkilatlara təkrar müraciət edib.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Belə ki, müvafiq qanunvericiliyə əsasən, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il tərtib olunan radioloji-gigiyenik pasportlarda əks olunur və həmin pasportlara müvafiq məlumatların daxil edilməsi üçün yalnız Fövqəladə Hallar Nazirliyi nümayəndəsinin rəyi tələb olunur. Bu səbəbdən, radioloji-gigiyenik pasportlara rəyin verilməsi üçün radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə mövcud şəraitin qiymətləndirilməsi məqsədilə müəssisə və təşkilatlar tərəfindən Agentliyə müraciət olunmalıdır.

Bununla belə, bir sıra hallarda müəssisə və təşkilatlar həmin rəyin əldə edilməsi üçün aidiyyəti quruma müraciət etmədiyindən və ya qanunvericiliklə müəyyən olunmuş qaydaların tələbləri təmin edilmədiyindən rəyin alınması əlavə vaxt itkisinə və bu istiqamətdə fəaliyyətdə çətinliklərə səbəb olur.

Yuxarıda qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi müəssisə və təşkilatlara təkrar müraciət edərək bildirir ki, radioloji-gigiyenik pasportun əldə edilməsi üçün Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə aşağıdakı səhifədə göstərilən qaydalara uyğun şəkildə müraciət edilməlidir.

Həftənin ən çox oxunanları

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi
DAVAMIN OXU davamın oxu

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu