FHN istirahət üçün təbiətə üz tutan vətəndaşlara müraciət edib

FHN istirahət üçün təbiətə üz tutan vətəndaşlara müraciət edib
11.08.2023 11:45
Aa
dəq

Fövqəladə Hallar Nazirliyi (FHN) istirahət üçün təbiətə üz tutan vətəndaşlara müraciət edib.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan müraciətdə deyilir:

"Qızmar yay günlərində əhali xüsusən həftəsonu istirahət məqsədilə küləvi şəkildə təbiət qoynuna üz tutur, meşə və meşəətrafı ərazilərdə, o cümlədən ağaclıq sahələrdə sərinlənməyə üstünlük verir. Bu zaman bəzi insanların yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsizliyi sonda yanğınların baş verməsinə səbəb olur, acı nəticələrə gətirib çıxarır. Havanın hazırda müşahidə olunan yüksək temperaturu isə kiçik bir alovun qısa müddətdə böyük yanğına çevrilmə riskini xeyli artırır.

Qeyd olunanlarla bağlı xüsusilə qarşıdan gələn həftəsonunda insanların şəhər kənarına, meşə və meşəətrafı ərazilərə gözlənilən kütləvi səfərlərini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Nəzərə alınmalıdır ki, təbiət qoynunda istirahət zamanı yanar mayelərlə islanmış materialların, eləcə də şüşə qab və şüşə qırıntılarının, tam söndürülməmiş siqaret kötüyü və kibritin yerə atılması, ətrafın zibillənməsi, meşə sahələrində ocaq yandırılması tamamilə yolverilməz olmaqla açıq ərazilərdə baş verən yanğınların əsas səbəblərindəndir".

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu