Əsas məzmuna keç

FHN əhaliyə müraciət edib - 24.03.2025

FHN əhaliyə müraciət edib - 24.03.2025

bu barədə FHN məlumat yayıb.  Bildirilib ki, Novruz və Ramazan bayramları ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar...

Fövqəladə Hallar Nazirliyi () bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Novruz və Ramazan bayramları ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında edirlər:

"Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir".

Müraciətdə qeyd olunub ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 23 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 24 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 76 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…