Əsas məzmuna keç

FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək

FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək

bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 15:00 radələrində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti (DYMX)...

Fövqəladə Hallar Nazirliyi () Televiziya Qülləsinin ərazisində təlim keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 15:00 radələrində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən paytaxtın rayonu ərazisində yerləşən Bakı Televiziya Qülləsinin ərazisində “Baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim baş tutacaq.

Təlimə nazirliyin DYMX-nin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…