FHN: "Azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri sürətlə davam etdirilir"

FHN: "Azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri sürətlə davam etdirilir"
19.04.2023 17:25
Aa
dəq

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub.

Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Bundan əlavə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində nazirlik tərəfindən alınan “GCS-200” markalı, kənardan idarə edilən, müasir minatəmizləyən robotlar işğaldan azad edilmiş ərazilərin piyada və tank əleyhinə minalardan təmizlənməsi işlərində istifadə olunur. Robotlar məsafədən idarəetmə pultuna malikdir. Robotlar iki kovuşdan ibarətdir - biri piyada əleyhinə minadan təmizləmə üçün, digəri isə tank əleyhinə olan minalardan təmizləmək üçün istifadə edilə bilir.

Robotun ən əsas göstəricilərindən biri odur ki, bir saat ərzində ərazinin xüsusiyyətləri imkan verdiyi təqdirdə 1500kv.m. ərazini minalardan təmizləyə bilir. Bir robotu idarə etmək üçün bir istehkamçı, bir mexanik və bir qrup rəhbəri olur. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni, bu tip partlayış zamanı yalnız robotun qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür.

Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də qoşulub. Ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.

Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.

Həftənin ən çox oxunanları

Abşeron və Qaradağda qanunsuz tikintilərin qarşısı alınıb

Abşeron və Qaradağda qanunsuz tikintilərin qarşısı alınıb
DAVAMIN OXU davamın oxu

“Anadolu ankası- 2024” beynəlxalq təlimləri başa çatıb

“Anadolu ankası- 2024” beynəlxalq təlimləri başa çatıb
DAVAMIN OXU davamın oxu

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

İsveçrə “Avroviziya-2024”ün qalibi olub

İsveçrə “Avroviziya-2024”ün qalibi olub
DAVAMIN OXU davamın oxu