Əsas məzmuna keç

Fəzail Bayramov küçəsi istifadəyə verildi

Fəzail Bayramov küçəsi istifadəyə verildi

Paytaxtın Xətai rayonunda AAYDA tərəfindən həyata keçirilən yenidənqurma işləri başa çatdı. Gecə saatlarında asfaltlanan yolun hansı hissəsi istifadəyə verildi?

en ru

Bakının Xətai rayonu ərazisində, Fəzail küçəsinin bir hissəsində aparılan əsaslı yekunlaşıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ərazidə gündüz saatlarında müşahidə olunan sıxlığı nəzərə alınaraq, hərəkətin məhdudlaşdırılmaması üçün işlər əsasən gecə saatlarında icra olunub.

Təmir işləri küçənin Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinə qədər olan 270 metrlik hissəsini əhatə edib.

Ümumilikdə təqribən 5 500 kvadratmetr sahədə köhnə asfalt örtüyü frezlənib və yeni asfalt-beton örtüyü döşənib. Nəticədə nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…