Əsas məzmuna keç

Fevralın 7-də hava yağmursuz keçəcək

Fevralın 7-də hava yağmursuz keçəcək

Bakı və Abşeronda yağıntısız hava müşahidə olunsa da, güclü külək əsəcək. Rayonlarda temperatur 13 dərəcəyədək yüksələcək. Atmosfer təzyiqi isə kəskin enəcək.

en ru

Azərbaycanda fevralın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bakıda və yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulsa da, əsasən yağmursuz keçəcək. Gecə saatlarında bəzi ərazilərdə zəif çiskin ehtimal olunur. Cənub-qərb küləyi gündüz saatlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 4–6 dərəcə isti, gündüz isə 8–11 dərəcə isti təşkil edəcək. təzyiqinin 764 mm civə sütunundan 754 mm civə sütununa enəcəyi, nisbi rütubətin isə 70–80 faiz olacağı bildirilir.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə edilə bilər. Mülayim qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 0–5 dərəcə isti, gündüz 8–13 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 1–6 dərəcə şaxta, gündüz 4–9 dərəcə isti olacağı gözlənilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…