Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi olub

Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi olub
12.06.2024 11:38
Aa
dəq

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar milli assosiasiyanın onlayn formatda keçirilən iclasında qəbul edilib.

Postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.

Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub: "Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.

Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub", - deyə yazıda vurğulanıb.

Həftənin ən çox oxunanları

Ronaldo ən çox ardıcıl matç keçirərək Avropa rekordunu qırıb

Ronaldo ən çox ardıcıl matç keçirərək Avropa rekordunu qırıb
DAVAMIN OXU davamın oxu

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib
DAVAMIN OXU davamın oxu

İngiltərə klubu 21 yaşlı futbolçunu transfer edib

İngiltərə klubu 21 yaşlı futbolçunu transfer edib
DAVAMIN OXU davamın oxu

Gürcüstan - Çexiya oyununda qalib müəyyənləşməyib

Gürcüstan - Çexiya oyununda qalib müəyyənləşməyib
DAVAMIN OXU davamın oxu

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb
DAVAMIN OXU davamın oxu