Sezonun əvvəlində "Fatih Karagümrük"dən 2 milyon avroya transfer edilən Levent Mercan "Fənərbaxça"dan ayrılmaq istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, meydana çıxa bilməyən 23 yaşlı oyunçunun fasilədə bir Super Liqa klubuna icarəyə verilməsi gözlənilir.
Levent "Fənərbaxça" formasıyla bu mövsüm yalnız 25 avqustda "Rizespor" oyununda 9 dəqiqə meydanda qalıb.