“Turan Tovuz” yoldaşlıq oyununda Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Fənərbağça”nın heyətində hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Çağrı Balta 74-cü dəqiqədə fərqlənərək yekun nəticəni müəyyənləşdirib.
Qarşılaşmanı azərbaycanlı baş hakim Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Kontekst
Xatırladaq ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyunun start fiti saat 20:00-a təyin olunmuşdu.