Operativ Məlumat Mərkəzi

Fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb

1 dəq
Paylaş:
Fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb

Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Abşeron rayon prokurorluğudan "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən məlumata əsasən martın 11-i saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər