ABŞ Federal Ehtiyat Sistemi (FED) cari ilin ilk iclasında faiz dərəcəsi ilə bağlı gözlənilən qərarını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" qurumun bəyanatına istinadən xəbər verir ki, uçot dərəcəsi 2 səsə qarşı 10 səslə 3,5-3,75% aralığında sabit saxlanılıb.
Naxçıvanda işçilərin sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq - 09.12.2025
ADY qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır
Azərbaycan Prezidenti: Biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük
İdarə Heyətinin üzvləri Stiven Miran və Kristofer Uoller faizlərin 25 bənd azaldılmasının tərəfdarı olduqları üçün bu qərarın əleyhinə səs veriblər.
Bəyanatda iqtisadiyyatın cari vəziyyəti və gələcək hədəflər barədə aşağıdakı məqamlar vurğulanıb:
- İqtisadi fəallıq "sağlam templə" genişlənməyə davam edir;
- Məşğulluq artımı aşağı səviyyədə qalsa da, işsizlik dərəcəsində sabitləşmə əlamətləri müşahidə olunur;
- İnflyasiya hələ də hədəf göstəricilərdən bir qədər yüksək qalmaqdadır;
- Federal Açıq Bazar Komitəsi (FOMC) maksimum məşğulluq və 2 faizlik inflyasiya hədəfinə sadiqliyini qoruyur.
Xatırladaq ki, FED ötən ilin sentyabr, oktyabr və dekabr aylarında ümumilikdə 75 baz bəndlik faiz endirimi həyata keçirmişdi. Üç ardıcıl endirimdən sonra qurum bu ilin ilk toplantısında pauza verməyə üstünlük verib. Hazırda iqtisadi perspektivlərlə bağlı qeyri-müəyyənliyin yüksək səviyyədə qaldığı bildirilir.