Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İspaniyada anomal istilər: 1000-dən çox insan dünyasını dəyişdi

2 dəq
Paylaş:
İspaniyada anomal istilər: 1000-dən çox insan dünyasını dəyişdi

İspaniyada müşahidə olunan ekstremal səbəbindən ötən ay 1029 nəfər həyatını itirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin gündəlik ölüm monitorinq sistemi olan “MoMo” məlumat yayıb.

Bildirilib ki, iyunun 1-dən 30-dək ölümlər isti ilə birbaşa əlaqələndirilir. Bu göstərici 2015-ci ildən bəri ölkədə qeydə alınan ən yüksək rəqəm hesab olunur.

Məlumata görə, ötən ay ölkənin bir sıra bölgələrində havanın temperaturu 40 dərəcəni ötüb və iyun ayı tarixdə ən isti ikinci iyun ayı kimi qeydə alınıb.

Qeyd olunub ki, İspaniyanın Meteorologiya Agentliyinin (“AEMET”) məlumatına əsasən, iyun ayında orta temperatur iqlim normasından 3,2 dərəcə yüksək olub.

Bildirilib ki, agentliyin sözçüsü Ruben del Kampo 1961-ci ildən bəri qeydə alınan ən isti 13 iyun ayının hamısının 21-ci əsrə təsadüf etdiyini açıqlayıb.

Məlumata görə, iyunun 23-də istilik dalğası pik həddə çatıb və ölkə əhalisinin təxminən 73 faizi, yəni 35,7 milyon nəfər sağlamlıq riski ilə üzləşib.

Qeyd edilib ki, mütəxəssislər son on ildə istilik dalğalarının daha tez-tez müşahidə olunduğunu bildirirlər. Təkcə iyun ayında ölkə üzrə meteoroloji stansiyalarda 165 maksimum temperatur rekordu yenilənib, həmçinin 225 dəfə ən yüksək minimum temperatur göstəricisi qeydə alınıb. Bu isə gecə saatlarında belə havanın kifayət qədər soyumadığını göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax