Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropa Parlamenti iş cihazlarında süni intellekt istifadəsini qadağan etdi

2 dəq
Paylaş:
Avropa Parlamenti iş cihazlarında süni intellekt istifadəsini qadağan etdi

Avropa Parlamenti (AP) mülahizələrinə görə üzvlərinin və əməkdaşlarının xidməti cihazlarında texnologiyalarından istifadəyə məhdudiyyət qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" "Politico" nəşriə istinadən xəbər verir ki, qurumun informasiya texnologiyaları departamenti süni intellektə malik cihazların və fərdi məlumatların gizliliyi baxımından riskli olduğu qənaətinə gəlib.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, süni intellekt sistemləri müəyyən tapşırıqları icra edərkən bulud xidmətlərindən istifadə edir və məlumatları cihazdan kənar serverlərə ötürür.

Bu proses isə məxfi məlumatların kənar şəxslərin əlinə keçməsi riskini yaradır.

Bu səbəbdən AP rəhbərliyi iş cihazlarında süni intellekt xüsusiyyətlərini tamamilə söndürüb.

Qeyd edək ki, Avropa İttifaqı son illərdə xarici texnologiya tədarükü ilə bağlı narahatlıqlar səbəbindən məlumat təhlükəsizliyi siyasətini ciddi şəkildə sərtləşdirir.

Xatırladaq ki, Avropa Parlamenti hələ 2023-cü ildə personalın cihazlarında "TikTok" platformasının istifadəsini də etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax