Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropa ölkələri “Patriot” dilemması ilə üz-üzə: Ukraynaya yardım, yoxsa özünümüdafiə?

2 dəq
Paylaş:
Avropa ölkələri “Patriot” dilemması ilə üz-üzə: Ukraynaya yardım, yoxsa özünümüdafiə?

ölkələri Ukraynaya daha çox “” hava hücumundan müdafiə sistemləri və raketləri göndərmək, öz hərbi ehtiyatlarını qorumaq arasında ciddi strateji dilemma ilə üzləşib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, məsələ NATO müttəfiqləri arasında gərgin müzakirələrə səbəb olub. artıq Ukraynaya müəyyən sayda “Patriot” sistemi və raketləri təhvil versə də, Berlin hazırda Kiyevin artan ehtiyacları ilə öz müdafiə qabiliyyətinin qorunması arasında tarazlıq yaratmağa çalışır.

Bildirilir ki, Almaniya və Şimali Avropa ölkələri digər müttəfiqlərini Ukraynaya hərbi və maliyyə dəstəyini artırmağa çağırıb.

Norveçin Tore Sandvik isə bildirib ki, uzunmüddətli perspektivdə mövcud yanaşma Avropa üçün faydalı olmayacaq və bütün Avropa ölkələri daha fəal addımlar atmalıdır.

Bu çağırışlar “Patriot” raket ehtiyatlarına sahib olan Polşa, İspaniya və Yunanıstan kimi ölkələrə də təzyiqi artırıb. Avropa dövlətləri Ukraynaya dəstək göstərməklə yanaşı, öz təhlükəsizliklərini və NATO qarşısındakı öhdəliklərini necə qoruyacaqlarını müəyyənləşdirməyə çalışırlar.

Digər tərəfdən, ABŞ raket çatışmazlığının aradan qaldırılması üçün alternativ variantlar üzərində işləyir. ABŞ ordusunun istefada olan polkovniki Robert Hamiltonun sözlərinə görə, Vaşinqton və Kiyev köhnə “S-300” raketlərinin və ya onların daha yeni versiyalarının modernləşdirilməsi imkanlarını nəzərdən keçirirlər.

Məlumata əsasən, layihənin ilin sonuna qədər başa çatdırılması və bununla da Ukraynanın hava hücumundan müdafiə imkanlarının genişləndirilməsi planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax