Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropa Komissiyası Ermənistan üçün “təcili” ticarət dəstəyi paketi hazırlayır

3 dəq
Paylaş:
Avropa Komissiyası Ermənistan üçün “təcili” ticarət dəstəyi paketi hazırlayır

Ermənistanın ixrac potensialını artırmaq və tərəfindən tətbiq edilən iqtisadi məhdudiyyətlərin təsirini azaltmaq üçün təcili tədbirlər paketi hazırlayır.

"Operativ Məlumat Mərkəzi-OMM"” nəşrinə istinadən xəbər verir ki, yeni təşəbbüs çərçivəsində Ermənistandan gələn ərzaq və kənd təsərrüfatı məhsulları üçün gömrük rüsumlarının azaldılması nəzərdə tutulur.

Avropa Komissiyasının nümayəndəsi Olof Gill bildirib ki, bu addımlar erməni şirkətlərinin Avropa bazarına daha rahat çıxışını təmin etmək və iqtisadiyyatın ən çox zərər çəkən sahələrini dəstəkləmək məqsədi daşıyır.

İddia olunur ki, bu təşəbbüslə Aİ Ermənistana etibarlı iqtisadi tərəfdaş olduğunu nümayiş etdirmək niyyətindədir. Təqribən 420 milyon avro dəyərində olan 20-yə yaxın ixrac kateqoriyasını əhatə edə biləcək bu layihənin qüvvəyə minməsi üçün Aİ ölkələrinin əksəriyyətinin və Avropa Parlamentinin razılığı tələb olunur.

Bununla belə, ekspertlər bəzi məhsulların, xüsusilə də konyakın Avropa bazarına çıxarılmasının çətinliklər yarada biləcəyini qeyd edirlər. Fransa bazarındakı həssaslıq və dənizə çıxışı olmayan ölkədən məhsulların daşınması ilə bağlı logistik problemlər bu təşəbbüsün qarşısında duran əsas maneələr kimi göstərilir.

Xatırladaq ki, may ayından etibarən "Rosselxoznadzor" Ermənistandan gələn məhsullara qarşı mərhələli şəkildə tətbiq edir.

Əvvəlcə balıq emalı müəssisələri və çiçək ixracı yoxlamalara məruz qaldıqdan sonra, iyun ayının əvvəlindən etibarən meyvə-tərəvəz və digər bitki mənşəli məhsulların idxalına ciddi qadağalar qoyulub.

Rusiya rəsmiləri bu qərarları fitosanitar qaydalarının pozulması ilə əsaslandırsa da, Ermənistanın kənd təsərrüfatı ixracının 90%-dən çoxunun Rusiya bazarına yönəldiyi nəzərə alındıqda, bu vəziyyət İrəvan üçün ciddi iqtisadi risklər yaradır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax