Əsas məzmuna keç

Evə basqın edən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ

Evə basqın edən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ

Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil...

Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev tərəfindən polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hadisə yerinə yaxınlaşan əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.

Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, zərərsizləşdirilən şəxs Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Eldəniz Məmmədhüseyn oğludur.

Hadisə yerindən “Makarov” tapançası aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…