Əsas məzmuna keç

Evdə partlayış oldu, 5 nəfər xəsarət aldı - VİDEO

Evdə partlayış oldu, 5 nəfər xəsarət aldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Yanğın nəticəsində dam örtüyünün konstruksiyaları 210 kv.m. və evin yanar hissələri 100 kv.m. sahədə yanıb, 5 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #partlayış#yanar
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…