Operativ Məlumat Mərkəzi

Evdə köməksiz qalan sakinlər xilas edilib

1 dəq
Paylaş:
Evdə köməksiz qalan sakinlər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sabirabad rayonu, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli yaşayış binasında...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sabirabad rayonu, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal çağırış ünvanına FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış 10 nəfəri xilas ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər