ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir
19.03.2024 19:32
Aa
dəq

Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir.

Müdafiə Nazirlyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, müasir ümumqoşun döyüşündə mühəndis təminatı manevr bölmələri tərəfindən döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün əlverişli şəraitin yaradılması, onların məhvetmə vasitələrindən qorunması səviyyəsinin yüksəldilməsi, həmçinin düşmənə mühəndis döyüş sursatları ilə itki verilməsi və onun fəaliyyətinin çətinləşdirilməsi məqsədi ilə təşkil edildiyi üçün mühəndis təminatı bölmələrinin şəxsi heyətinin hazırlığının daim yüksək səviyyədə saxlanılmasını tələb edir.

Keçirilən məşğələ, toplantı və təlimlərdə əsas diqqət şəxsi heyətin nəzəri biliklərinin təkmilləşdirilməsi ilə yanaşı, onların döyüş sahəsində fəaliyyət zamanı praktiki vərdişlərinin möhkəmləndirilməsinə, tapşırıqların icrası zamanı yüksək dözümlülük, dəqiqlik, qorxmazlıq və özünəəminlik kimi keyfiyyətlərin aşılanmasına yönəldilir.

Praktiki məşğələlər zamanı düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatı, mühəndis maneələrinin qurulması və saxlanılması, maneələrdən və dağıntılardan keçidlərin açılması, ərazi və obyektlərin minalardan təmizlənməsi, maskalanma və düşmənin aldadılması kimi tapşırıqların icrası, eləcə də şəxsi heyətin fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılır. Bu məqsəd ilə keçirilən məqbullarda prinsipiallıq əsas meyar olaraq götürülür.

Həftənin ən çox oxunanları

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO
DAVAMIN OXU davamın oxu

Kərə yağı bahalaşıb?

Kərə yağı bahalaşıb?
DAVAMIN OXU davamın oxu