Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar paketini fevralın 24-dək təsdiqləmək niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbrə verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər üzrə rəsmi nümayəndəsi Anuar El-Anuni brifinq zamanı məlumat verib.
Diplomat qeyd edib ki, hazırda Aİ-yə üzv dövlətlər bu məsələni aktiv şəkildə müzakirə edirlər.
Məlumata görə, 20-ci sanksiyalar paketi Ukraynadakı hərbi münaqişənin dördüncü ildönümünə təsadüf edəcək.
Brüsselin əsas məqsədi Rusiyanı hərbi əməliyyatlar üçün zəruri olan vasitə, mal və texnologiyalardan məhrum etməkdir.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen yeni məhdudiyyətlərin məzmununu açıqlayaraq üzv ölkələri sənədi operativ şəkildə təsdiqləməyə çağırıb.
Qeyd edək ki, bu addım Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən daha əvvəl elan edilmiş strategiyanın tərkib hissəsidir.