Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin iclasında Ukraynadakı vəziyyət müzakirə olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto toplantının gedişatı barədə kütləvi informasiya vasitələrinə açıqlama verib.
Nazirin sözlərinə görə, iclas zamanı Avropanın Ukraynada sülhün bərqərar olmasına hazır olmadığı və hərbi əməliyyatların davam etdirilməsində maraqlı olduğu açıq şəkildə bəyan edilib.
Siyarto qeyd edib ki, ittifaq daxilində sülh təşəbbüslərindən daha çox müharibə ritorikası üstünlük təşkil edir.
Xatırladaq ki, Siyarto mütəmadi olaraq rəsmi Budapeştin münaqişənin diplomatik yollarla həllinə tərəfdar olduğunu vurğulayır.