Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropa İttifaqı Ermənistana dəstəyini artırır: Rusiyanın iqtisadi təzyiqlərinə qarşı yeni addımlar

2 dəq
Paylaş:
Avropa İttifaqı Ermənistana dəstəyini artırır: Rusiyanın iqtisadi təzyiqlərinə qarşı yeni addımlar

Aİ Ermənistana əlavə 18 milyon avro yardım ayıracaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Avropa İttifaqı Ermənistana əlavə 18 milyon avro həcmində ayıracağını və məhsullarının Avropa bazarına çıxışı üçün tənzimləmələri sadələşdirəcəyini açıqlayıb.

Məlumata görə, qərar Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İrəvana səfəri zamanı elan olunub və iyun ayında razılaşdırılmış 52 milyon yardım paketinin tərkib hissəsidir.

Bildirilir ki, Aİ Ermənistandan ixrac olunan məhsulların təxminən 80 faizi üçün gömrük rüsumlarını ləğv etməyi planlaşdırır. Bu addımın erməni məhsullarının Avropa bazarına çıxışını asanlaşdıracağı qeyd olunur.

Ursula fon der Lyayen bildirib ki, bu tədbirlər Ermənistanın Rusiyadan gələn iqtisadi təzyiqlərin təsirini azaltmağa yönəlib. Onun sözlərinə görə, Aİ tərəfdaş ölkələrə təzyiq artdıqca dəstəyini də gücləndirir.

Məlumata görə, iyun ayında Ermənistana qarşı bir sıra ticarət məhdudiyyətləri tətbiq edib. Bu məhdudiyyətlər kənd təsərrüfatı məhsulları, balıq və alkoqollu içkilərin ixracına mənfi təsir göstərib.

Qeyd edək ki, Aİ regionda , enerji və rəqəmsal əlaqələrin inkişafını dəstəkləmək məqsədilə Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax