Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Aİ İrana qarşı yeni sanksiyaları təsdiqləyib, SEPAH-la bağlı qərar gözlənilir

2 dəq
Paylaş:
Aİ İrana qarşı yeni sanksiyaları təsdiqləyib, SEPAH-la bağlı qərar gözlənilir

Avropa İttifaqının (Aİ) nazirləri İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, sanksiyalar İranda etiraz aksiyalarının zorakılıqla yatırılmasında iştirak edən şəxslər və qurumları hədəf alır. Yeni məhdudiyyətlərin insan hüquqlarının ciddi şəkildə pozulmasına görə daşıyan strukturlarına qarşı edildiyi bildirilir.

Eyni zamanda, Aİ xarici işlər nazirlərinin İslam İnqilabı Keşikçiləri Korpusunun () terror təşkilatları siyahısına daxil edilməsi ilə bağlı siyasi razılığa gələcəyi gözlənilir.

Bundan əvvəl Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında İran təhlükəsizlik qüvvələrinin kütləvi insan tələfatına görə məsuliyyət daşıdığını bildirib.

“İranın təhlükəsizlik qüvvələri minlərlə etirazçının ölümünə görə birbaşa məsuliyyət daşıyır. Bu gün biz həmin hadisələrə görə məsuliyyət daşıyanlara qarşı yeni sanksiyalar tətbiq edəcəyik”, – deyə Kallas vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax