ETX: “1000-ə yaxın vətəndaş “WhatsApp” hesabının ələ keçirilməsi ilə bağlı müraciət edib”

ETX: “1000-ə yaxın vətəndaş “WhatsApp” hesabının ələ keçirilməsi ilə bağlı müraciət edib”
31.01.2024 18:18
Aa
dəq

Son bir gündə Azərbaycanda 1000-ə yaxın vətəndaş “WhatsApp” hesablarının ələ keçirilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

Bildirilir ki, ETX tərəfindən məsələnin araşdırılması məqsədilə “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti ilə danışıqlar aparılır. Araşdırma yekunlaşdıqda bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesablarının təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməyi, tanımadıqları şəxslərdən göndərilən şübhəli keçidlərə daxil olmamağı, onlara göndərilən OTP kodu başqa şəxslərlə paylaşmamağı və tətbiqin ən son versiyasını yükləməyi tövsiyə edir.

Xidmət vətəndaşlara təhlükəsizliklə bağlı tədbirlərin görülməsini və belə hallarla qarşılaşdıqda 1654 qaynar xətti ilə əlaqə saxlamalarını tövsiyə edib.

Həftənin ən çox oxunanları

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib

Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək

Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Gürcüstan nəqliyyat və İKT sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Gürcüstan nəqliyyat və İKT sahəsində əməkdaşlığı müzakirə edib
DAVAMIN OXU davamın oxu

“Apple” ən böyük smartfon istehsalçıları siyahısında ikinci yerə düşüb

“Apple” ən böyük smartfon istehsalçıları siyahısında ikinci yerə düşüb
DAVAMIN OXU davamın oxu