Əsas məzmuna keç

Estoniyada parlament seçkiləri keçiriləcək

Estoniyada parlament seçkiləri keçiriləcək

birpalatalı qanunverici orqanda 101 yer uğrunda 968 namizəd mübarizə aparır. Onlardan 10 nəfəri müstəqil namizəddir. İctimai rəy sorğularının...

Martın 5-də Estoniyada 15-ci çağırış seçkiləri keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS informasiya agentliyinə istinadla xəbər verir ki, birpalatalı qanunverici orqanda 101 yer uğrunda 968 namizəd mübarizə aparır. Onlardan 10 nəfəri namizəddir.

İctimai rəy sorğularının nəticələrinə görə, seçkilərin favoriti iqtidarda olan İslahatlar Partiyasıdır. Bundan əvvəlki parlament seçkilərində islahatçılar 34 əldə ediblər. Bu partiyanın parlamentdə 33-dən 36-dək yer əldə edəcəyi gözlənilir.

Estoniyanın Mühafizəkar Xalq Partiyası ikinci yerdədir. Onun parlamentdə 19 yeri var. Proqnozlara görə, mühafizəkarlar öz təmsilçiliyini 23 mandata qədər artıra bilər.

Mərkəz Partiyasının parlamentdə 15-19 mandat qazanacağı gözlənilir. Bu partiya 2019-cu il seçkilərində 26 mandat əldə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…