Estoniya ehtiyat mərkəzi ölkə sakinlərini bir həftəlik ərzaqla təmin edə bilər.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə ERR-ə açıqlamasında ehtiyat mərkəzinin rəhbəri Ando Leppiman bildirib.
Onun sözlərinə görə, kəskin böhran baş verəcəyi təqdirdə dövlət Estoniya əhalisini təxminən bir həftəlik ərzaqla təmin etmək imkanına malikdir. Leppiman qeyd edib ki, hazırda ölkədə bir həftəlik dövlət ərzaq ehtiyatı mövcuddur.
“Bunlar müxtəlif hazır yeməli məhsullardır”, – deyə o əlavə edib.
Bildirilib ki, dövlət ehtiyat mərkəzinə iki həftəlik ərzaq ehtiyatı formalaşdırmaq tapşırığı verib. Qeyd olunur ki, ərzaq ehtiyatları Estoniya ərazisi üzrə paylanıb və mərkəzin ölkə daxilində təxminən iyirmi nöqtədə dövlət ərzaq ehtiyatlarını saxlayan 10-a yaxın tərəfdaşı var.