Operativ Məlumat Mərkəzi

Estoniya ehtiyatda olan hərbçilərin NATO missiyalarında iştirakına icazə verməyi planlaşdırır

2 dəq
Paylaş:
Estoniya ehtiyatda olan hərbçilərin NATO missiyalarında iştirakına icazə verməyi planlaşdırır
bu barədə Estoniyanın ERR milli yayım şirkəti məlumat yayıb. Gələcəkdə çağırışçılar NATO-nun beynəlxalq bölmələrində iştirak edən hərbi dəniz gəmilərində...

Estoniya Müdafiə Nazirliyi ehtiyatda olan hərbi qulluqçuları nizami əsgərlərlə eyniləşdirən və onlara NATO missiyalarında iştirak etmək, çağırışçılara təlim keçmək və digər hərbi vəzifələri yerinə yetirmək imkanı verən dəyişikliklər etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Estoniyanın ERR milli yayım şirkəti məlumat yayıb.

Gələcəkdə çağırışçılar NATO-nun beynəlxalq bölmələrində iştirak edən hərbi dəniz gəmilərində xidmət etmək imkanı əldə edə bilərlər.

Müdafiə Resursları Agentliyinin baş direktoru Anu Rannaveski bildirib ki, son iki ildə Estoniya silahlı qüvvələrinin strukturunu demək olar ki, iki dəfə artırıb. Onun sözlərinə görə, bu, ehtiyat qüvvələr və insanların daha çox töhfə vermək istəyi sayəsində mümkün olub. O bildirib ki, hazırda qanunvericilikdə çevikliyin olmaması bir çox insanın iştirakına mane olur, ona görə də qanunvericilikdə dəyişikliklərə ehtiyac var.

Agentliyin baş direktoru vurğulayıb ki, planlaşdırılan ən böyük dəyişikliklərdən biri könüllü ehtiyat xidmət imkanlarının yaradılmasıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər