Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi

2 dəq
Paylaş:
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi

Avropa Komissiyası Rusiyaya qarşı yeni – 21-ci sanksiya paketini təqdim edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen yeni məhdudiyyətlərin əsasən , maliyyə xidmətləri, kriptovalyuta və ticarət sektorlarını əhatə edəcəyini bildirib.

Avropa Komissiyasının yaydığı açıqlamada qeyd olunub ki, yeni paket çərçivəsində ilk dəfə olaraq sektoru da sanksiyalara daxil ediləcək. Bundan əlavə, keçmiş rus hərbçilərinin Avropa İttifaqına girişinə qadağa qoyulması nəzərdə tutulur.

“Biz ən təsirli sektorlara diqqət yetirəcəyik: enerji, maliyyə xidmətləri və kriptovalyutalar, ticarət, o cümlədən ilk dəfə balıqçılıq sektoru. Həmçinin keçmiş rus döyüşçülərinin Avropa Birliyinə girişini edəcəyik”, – deyə Ursula fon der Leyen bildirib.

Onun sözlərinə görə, yeni sanksiyalar daha 31 maliyyə institutuna şamil olunacaq və həmin bankların əməliyyatlar aparması məhdudlaşdırılacaq.

Paketə həmçinin 20 bank, kriptovalyuta şirkəti və platforması, eləcə də üçüncü ölkələrdə fəaliyyət göstərən neft brokerlərinin daxil edilməsi planlaşdırılır.

Avropa Komissiyası Rusiyadan aerokosmik və müdafiə sənayesində istifadə olunan metal və ərintilərin ixracına əlavə qadağalar tətbiq etməyi də təklif edir.

Bununla , ümumi dəyəri 60 milyon avro olan bir sıra məhsulların idxalına da yeni məhdudiyyətlərin qoyulması nəzərdə tutulur.

Məlumata görə, Avropa Komissiyasının təsdiqindən sonra 21-ci sanksiya paketi baxılması üçün Aİ Şurasına təqdim olunacaq. Sanksiyaların qüvvəyə minməsi üçün Avropa İttifaqına üzv olan bütün 27 ölkənin yekdil razılığı tələb olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax