Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avropa İttifaqı Ermənistanın Türkiyə ilə sərhəd yollarının inşasına dəstək verəcək

2 dəq
Paylaş:
Avropa İttifaqı Ermənistanın Türkiyə ilə sərhəd yollarının inşasına dəstək verəcək

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Avropa Komissiyası və Avropa İnvestisiya Bankı ilə niyyət memorandumu imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan məlumat verib.

Məlumata görə, memorandum “Axurik-Kayan” və “Marqara-Kayan” strateji avtomobil yollarının tikintisi üçün hazırlıq işlərinin dəstəklənməsini nəzərdə tutur. Layihə çərçivəsində bu yolların Türkiyə ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrini Ermənistanın ümumi yol şəbəkəsi ilə birləşdirməsi planlaşdırılır.

Bildirilib ki, ilkin mərhələdə Avropa İnvestisiya Bankı layihə üzrə zəruri texniki tədqiqatların aparılması və yol infrastrukturunun inkişafı üçün mühəndis həllərinin hazırlanmasına məsləhət dəstəyi göstərəcək.

Qeyd olunub ki, sözügedən layihələr hökumətinin “” təşəbbüsü çərçivəsində həyata keçirilir. Nazir David Xudatyan bildirib ki, əsas məqsəd regional əlaqələrinin genişləndirilməsi və Ermənistanın logistika mərkəzi kimi rolunun gücləndirilməsidir.

Xatırladaq ki, və Türkiyə arasında diplomatik münasibətlər mövcud deyil və sərhəd 1993-cü ildən bağlıdır. Bununla belə, son dövrlərdə tərəflər arasında normallaşma prosesi çərçivəsində müəyyən təmasların davam etdiyi bildirilir. Həmçinin qeyd olunub ki, Ermənistan və Türkiyə rəsmiləri arasında avtomobil və dəmir yolu əlaqələri üzrə müzakirələr aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax