Əsas məzmuna keç

Ermənistanda saxlanılan Azərbaycan hərbçiləri ailələri ilə danışıblar

Ermənistanda saxlanılan Azərbaycan hərbçiləri ailələri ilə danışıblar

İyunun 13-də Beynəlxalq Qızıl Xaç Komitəsinin () nümayəndələri Ermənistanda saxlanılan iki vətəndaşına yenidən baş çəkiblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqə yaratmaq imkanı verilib:

"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #azərbaycan#bqxk
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…