Əsas məzmuna keç

Ermənistanda rüşvət alan Müdafiə Nazirliyinin zabiti həbs edilib

Ermənistanda rüşvət alan Müdafiə Nazirliyinin zabiti həbs edilib

bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. İstintaqla müəyyən edilib ki, Ermənistan vətəndaşı A.Q. Hərbi Xidmətə Çağırış...

Ermənistanda Müdafiə Nazirliyinin əməkdaşı 6 milyon (15,5 min dolları - Qeyd) alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, vətəndaşı A.Q. Hərbi Xidmətə Çağırış və Səfərbərlik Qərargahı Xidmətinin səfərbərlik şöbəsinin rəisi S.A ilə 2023-cü ilin yayında həqiqi hərbi xidmətə gedəcək oğlunun müəyyən vəsait qarşılığında xidmətə yararsız kimi göstərməsi üçün razılığa gəlib.

Bunun müqabilində məmur vətəndaşdan 2023-cü ilin aprelində aldığı 6 milyon dram rüşvət tələb edib.

İyulun 27-də çağırışçının atası və məmur saxlanılıb. Vəzifəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, rüşvət verən şəxs ev dustaqlığına göndərilib.

İstintaq davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…