Operativ Məlumat Mərkəzi

Ermənistan XİN rəhbəri Hakan FIdanı təbrik edib

1 dəq
Paylaş:
Ermənistan XİN rəhbəri Hakan FIdanı təbrik edib
Mirzoyan Fidanı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Tərəflər iki ölkə arasında münasibətlərin tənzimlənməsi istiqamətində işi davam...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mətbuatına istinadən xəbər verir ki, Mirzoyan Fidanı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Tərəflər iki ölkə arasında münasibətlərin tənzimlənməsi istiqamətində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, Fidan bundan əvvəl Türkiyənin Milli Kəşfiyyat Xidmətinə rəhbərlik edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər