Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada Ermənistanın Avropa ölkələri, ABŞ və Kanadadakı səfirləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.
Nazir diplomatlarla Cənubi Qafqazdakı mövcud vəziyyəti, Azərbaycanla sülh gündəmini müzakirə edib.
Görüşdə, həmçinin beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.