Əsas məzmuna keç

Ermənistan vətəndaşlarının məhkəmə prosesi davam edir

Ermənistan vətəndaşlarının məhkəmə prosesi davam edir

Bakı Hərbi Məhkəməsində Arayik Harutyunyan, Bako Sahakyan və digər separatçıların cinayət işi araşdırılır. Soyqırımı və terror ittihamı üzrə prosesin mühüm detalları.

en ru

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarının pozulması, habelə terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyəti zorla ələ keçirmə və digər ağır cinayətlərdə təqsirləndirilən vətəndaşları – Arayik , Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri – barəsində açıq prosesi davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən iclaslarda təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi və müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmə iclasında təqsirləndirilənlər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir hissəsi, hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını təqdim edən prokurorlar, həmçinin dövləti adından zərərçəkmiş qismində Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.

Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlanıb. Dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə gedib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…