Operativ Məlumat Mərkəzi

Ermənistan TŞ katibi amerikalı generallarla regiondakı vəziyyəti müzakirə edib

1 dəq
Paylaş:
Ermənistan TŞ katibi amerikalı generallarla regiondakı vəziyyəti müzakirə edib
bu barədə Ermənistan TŞ-dən bildirilib. Qeyd olunub ki, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər. Onlar həmçinin Ermənistan və ABŞ arasındakı...

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin nümayəndələri general-mayor Keyt Filips və general-mayor Patrik Priori ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan TŞ-dən bildirilib.

Qeyd olunub ki, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.

Onlar həmçinin Ermənistan və ABŞ arasındakı təhlükəsizlik sahəsində əməkdaşlıq barədə danışıblar.

Görüşün harada keçirildiyi açıqlanmayıb.

Xatırladaq ki, A.Qriqoryanın bu gün Moskvada rusiyalı həmkarı Nikolay Patruşevlə görüşü gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər