Əsas məzmuna keç

Ermənistan sərhədçiləri azərbaycanlı sürücünü ÖLDÜRDÜ - VİDEO

Ermənistan sərhədçiləri azərbaycanlı sürücünü ÖLDÜRDÜ - VİDEO

bu barədə məlumat Teleqram kanallarında yayılıb. İnsident milli zəmində baş verib. Belə ki, İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində...

İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə sərhədçiləri tərəfindən qətlə yetirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat kanallarında yayılıb.

İnsident milli zəmində baş verib. Belə ki, İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib.

Mübahisə əlbəyaxa davaya çevrilib ki, bu zaman erməni sərhədçilər Amid Quluzadəyə ağır bədən xəsarətləri yetiriblər.

Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər.

Bu səbəbdən azərbaycanlı sürücü dünyasını dəyişib.

Hələlik baş verən hadisə barədə verilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…