"Vətən naminə" müxalifət hərəkatının parlament binası yaxınlığında keçirilən mitinqindən əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) təşkilatçılara konstitusiya quruluşunu pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Milli Təhlükəsizlik Agentliyinin konstitusiya quruluşunu hər cür hücumdan qorumaq missiyasını nəzərə alaraq, qanunda nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edilməklə qanunsuz davranışın zərərsizləşdiriləcəyini təsdiq edirik”, - deyə nazirlikdən bildirilib.
Baş nazir Nikol Paşinyanın da iştirak edəcəyi binada hökumət saatı keçirildiyi bir vaxtda müxalifət parlament binası yaxınlığında böyük mitinq keçirməyi planlaşdırır.