Ermənistan hökuməti noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) 29-cu İqlim Sammitində (COP-29) iştirak imkanlarını müzakirə edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan rəsmilərinin Bakıya gedib-getməyəcəyi ilə bağlı hələlik qərar yoxdur.
Simonyan bəyan edib ki, bu səfərin Ermənistan üçün nə dərəcədə faydalı olacağı müzakirə edilməlidir.
Parlamentari qeyd edib ki, COP-29 sammiti təkcə Azərbaycanın inhisarında deyil, həm də BMT-nin tədbiridir.