Əsas məzmuna keç

Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb

Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb

polisi səhər saatlarında İrəvanın müxtəlif yerlərində keçirilən aksiyalarında “Vətən uğrunda ” hərəkatının 41 tərəfdarını saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, saxlanılanlar səhər saatlarında hərəkatın lideri Baqrat Qalstanyan çağırışı ilə İrəvanın bir neçə yerində yolları bağlamağa cəhd göstəriblər.

“Etirazçılar polisin tələblərinə tabe olmadıqları üçün saxlanılıb. Hazırda bütün küçələr açıqdır və sərbəst hərəkətə heç bir maneə yoxdur”, - deyə məlumatda bildirilir.

Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə etiraz edən “Vətən naminə Tavuş” hərəkatı Ermənistanda kütləvi aksiyalar keçirir. Son günlər Ermənistan mediası və ekspertlər hərəkatın dini lideri arxiyepiskop Baqratı Rusiyadan aldığı pul müqabilində ölkədə vəziyyəti gərginləşdirmək cəhdində ittiham edirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…